SON DƏQİQƏ

bdih-kollec.edu.az

31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.

31-03-2023, 18:13

31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbir dəyirmi masa ətrafında baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda canlarından keçənlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova çıxışında bu hadisələri tariximizin qanlı səhifəsi adlandırıb: "Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı tarixi “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.
Bu sahədə aparılmış araşdırmalar nəticəsində yeni faktlar və sənədlər toplanılıb. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət ayırıb. Azərbaycan Respublikası Prezidenti 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. BDU-nun Tarix fakültəsinin dosenti Səidə Quliyeva 31 Mart soyqırımı hadisəsini tarixi aspektdən şərh edib. Humanitar şöbənin müdiri Aynurə Qurban faciənin canlı şahidlərinin çıxışlarına toxunaraq bu mövzuda yazılan tarixi faktlara toxunub. Kollecin Hərbi rəhbəri Pərviz Hüseynov 1918-ci ildə baş verən hərbi əməliyyatlardan, erməni planlarından söz açıb. Kollecin "Yaradıcılıq Mərkəzi"nin sədri Kamran Eyubov bu soyqırımın gələcək nəsillərə önəmini vurğulayaraq şeirlə çıxış edib. Dəyirmi masa ətrafında fikir mübadilələri ilə tədbir yekunlaşıb.

31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR