SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Ümummilli Liderin 100 illiyi ilə bağlı “Müasir Azərbaycanın memarı – Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib.

8-05-2023, 16:29

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Ümummilli Liderin 100 illiyi ilə bağlı “Müasir Azərbaycanın memarı – Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova Ulu Öndərin şərəfli ömür yolundan bəhs edərək bildirib ki, bu gün tariximizdə onun silinməz izi var: “O, istər 1969-1982-ci illərdə, istərsə də müstəqillik dövründə həyatımızın bütün sahələrində köklü islahatlar aparmış, əsaslı dəyişikliklər etmişdir”.

Sözünə davam edən Səhər xanım dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Ulu Öndərin göstərdiyi gərgin siyasi fəaliyyətdən söhbət açaraq qeyd edib ki, müstəqilliyimizin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin yaranması və inkişafında, demokratik cəmiyyətin formalaşmasında müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi kursu onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev Ümummilli Liderin Vətən və millət üçün genişmiqyaslı işlər gördüyünü vurğulayıb: ”Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi zamanı ölkədə ağır şərait hökm sürmüşdür. Həmin zamanlar Ulu Öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etmişdir. Onun hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmişdir”. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək Azərbaycanın inkişaf etməsinin, Azərbaycançılıq ideologiyasının, milli birlik, müasir dövlət quruculuğunun Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ulu Öndərin ideyalarının xalqımızın rifah gələcəyinə, müsatəqilliyinin daimiliyinə, vətənimizin bütövlüyünə, dövlətimizin surətli inkişafına xitmət etdiyini qeyd edən başçının müavini bu ideyaların hazırda da Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirtildiyini söyləyib.

YAP-ın Abşerona rayon təşkilatının sədr müavini Ülvi Salmanov Heydər Əliyev şəxsiyyətindən və onun dünya liderləri arasındakı nüfuzundan söhbət açıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasında göstərdiyi xidmətləri diqqətə çatdırıb: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında məsul vəzifələr qoyur”.

Bakı Dövlət Universitetinin kafedra müdiri professor İradə Hüseynova Ümummilli Lider ilə bağlı xatirələrindən, onun gənclərə verdiyi dəyərindən söz açıb: “Böyük həyata vəsiqəni Heydər Əlieyevin əlindən almışam, onun xeyir-duası ilə irəliləyən, inkişaf edən gənclərdən biri olmuşam. Ümumiyyətlə, istər Heydər Əliyevin dövründə, istərsə də indi gənclər siyasəti böyük önəm kəsb edir”.

Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun müstəsna xidmətlərini qeyd edib. Kollecin tələbəsi İlahə İbrahimovanın valideyni Səkinə İbrahimova Ümummilli Liderin nəsillərə örnək olan həyat yolun, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə çıxış edib.

Tədbirdə tələbələr Heydər Əliyevlə bağlı şeirlər səsləndiriblər. "Sənət akademiyası" nın tələbəsi Rişad Heydərov “Azərbaycan” mahnısını ifa edib.

Tədbirin sonunda YAP-ın Abşeron rayon təşkilatının sədr müavini Ülvi Salmanov yeni qatılan bir qrup tələbə və əməkdaşa partiyanın üzvlük vəsiqəsini təqdim edib.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Ümummilli Liderin 100 illiyi ilə bağlı “Müasir Azərbaycanın memarı – Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib.
[
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Ümummilli Liderin 100 illiyi ilə bağlı “Müasir Azərbaycanın memarı – Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR