SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

26-05-2023, 20:00

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, süverenliyi uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə yarandığını və Şərqdə ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu deyib. Qeyd edib ki, mövcud olduğu 23 ay ərzində dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Səhər Orucova Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan etdiyini söyləyib: “Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Ulu Öndərin siyasi kursunu davam etdirən cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib”.

Tədbirdə kollecin tələbələri vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirib, milli rəqslər ifa edib, “İntiqam marşı” adlı səhnəcik göstəriblər. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib.


Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR