18:53 - 14-17 iyun 2023-cü il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar..
20:19 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
18:25 - 14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
20:00 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
17:36 - 24 may 2023-cü ildə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
06:26 - Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş şahmat birinciliyi..
16:29 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:06 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:49 - Bakı Dövlət Universitetinin Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin..
10:08 - Ulu Öndər Heydər Əliyev xatirəsinə həsr edilmiş yoldaşlıq görüşü keçirilib..
18:13 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
12:10 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk..
19:23 - 09.03.2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
10:32 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
10:22 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Milli Qurtuluş Günü ilə bağlı elmi seminar keçirilib
14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Milli Qurtuluş Günü ilə bağlı elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan Kollecin direktoru professor Səhər Orucova xalqın taleyində böyük əhəmiyyət daşıyan tarix haqqında bəhs edib: “Milli Qurtuluş Azərbaycan xalqının xaosdan, özbaşınalıqdan qurtarması, milli dövlətçiliyimizin xilası deməkdir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Ümummilli liderimiz Heydər Əliyev rəhbərliyə qayıtması ilə çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü”. Direktor Səhər Orucova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dünyaya Azərbaycanın qədim dövlətçilik ənənəsinin olduğunu sübut edib. Həmin ənənəni bu gün layaqətlə davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlardan ölkənin inkişafı üçün mühüm Fərman və Sərəncamlar verib. Tədbirdə çıxış edən Kollecin Çağırışaqədərki hərbi hazırlıq müəllimi Pərviz Hüseynov 1990-cı illərin əvvəllərindəki siyasi proses haqqında danışıb. Kollecin müəllimi Sona Abdulova, tələbəsi Pərvanə Məmmədzadə Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edib.