18:53 - 14-17 iyun 2023-cü il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar..
20:19 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
18:25 - 14 iyun Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
20:00 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
17:36 - 24 may 2023-cü ildə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
06:26 - Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş şahmat birinciliyi..
16:29 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:06 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:49 - Bakı Dövlət Universitetinin Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin..
10:08 - Ulu Öndər Heydər Əliyev xatirəsinə həsr edilmiş yoldaşlıq görüşü keçirilib..
18:13 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
12:10 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk..
19:23 - 09.03.2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
10:32 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
10:22 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü tədbiri keçirilib
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü tədbiri keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin də BDU-nun məzunu olduğunu, Kollecin tələbələrinin də bu universitetin nəzdində fəaliyyət göstərən Kollecdə təhsil aldıqları üçün fəxr etməli olduqlarını söyləyib: "Bu il kolleci 3 məzun fərqlənmə ilə bitirib. Sayı az olmasına baxmayaraq, keyfiyyətə önəm verilməsi təqdirəlayiqdir. Gələcəkdə məzun günlərimizi bir yerdə keçirməyi də nəzərdə tuturuq".
Kollecin direktoru Səhər Orucova dövlətimizin təhsilə diqqət və qayğısından söz açıb: "Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX-XXI əsrlərdə çox sürətlə inkişaf etmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Ulu Öndərin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident cənab İlham Əliyev də elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərmişdir". Kollecin
direktoru bu tədris ilində görülən işlərdən söz açıb. O, BDU-nun rektoru cənab Elçin Babayevin hər zaman Kolleci diqqətdə saxladığını söyləyib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova bu məzun gününün ümummilli lider Heydər Əliyev ilinə təsadüf etməsinin məzunlar üçün böyük şans olduğunu qeyd edib.
Kollecin məzunu Albina Cəfərovanın valideyni müəllimlərə təşəkkürünü bildirib, məzunlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzu edib.
Qazi tələbə Məhəmmədəli Verdiyev Kollecdə
təhsilin yüksək səviyyədə olduğunu vurğulayıb.
Tədbirdə kolleci fərqlənmə ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin kollecin ictimai həyatında fəallıq nümayiş etdirən məzunlar diplom və təşəkkürnamələrlə təltif ediliblər.
Tədbir BDU-İHK tələbələrinin və bir sıra incəsənət xadimlərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib.