SON DƏQİQƏ

bdih-kollec.edu.az

APREL ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA

7-04-2017, 12:05

APREL ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA



APREL ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA




Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin muzeyində 2016-cı il aprel şəhidlərinin xatirəsinə həsr edilmiş dəyirmi masa keçirildi.
Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan Kollecin Hərbi rəhbəri ehtiyatda olan polkovnik Oqtay Həsənov ötən ilin aprel ayında mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu qeyd etdi.Kollecin TGT sədri Vüsal Seyfullazadə vurğuladı ki , erməni qəsbkarlarına bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuzun əldə etdiyi bütün bu nailiyyətlər Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru və qələbəsidir.

TGT-nin sədri
Vüsal Seyfullazadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR