SON DƏQİQƏ

bdih-kollec.edu.az

SƏMƏD VURĞUNUN EV MUZEYİNDƏ

17-04-2017, 12:52

SƏMƏD VURĞUNUN EV MUZEYİNDƏ


07.04.2017-ci il tarixdə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin dil ədəbiyyat müəlliməsi Süleymanova Camalə və Kollecin 113-cü qrup tələbələri Səməd Vurğunun ev muzeyində olmuşlar. Burada tələbələrə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Dünya şöhrətli şairin ədəbi irsi hamının marağına səbəb olmuş və böyük həvəslə dinlənilmişdir. Daha sonra tələbələrə ədibin şəxsi əşyaları , səs yazısı və qısa video slayd nümayiş etdirilmişdir.



TGT-nin mətbuat katibi
Nigar Hüseynova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR