SON DƏQİQƏ

bdih-kollec.edu.az

ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ

5-05-2017, 13:40

ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ


ÜMUMMİLLİ LİDERİN 94 İLLİK YUBLEYİ
05.05.2017-ci il tarixdə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Təhsil Nazirliyi təhsil alan gənclərin bədii yaradıcılıq evinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Kollecin direktor müavini Gülnarə Həsənova gələn qonaqları salamlayaraq , tədbirin proqramı barədə geniş məlumat verdi. Çıxışa davam edən yaradıcılıq evinin direktoru Məhəmməd Hüseynov Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək bildirdi ki ,Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Lakin 1941-ci ildə başlayan müharibə ona təhsilini başa vurmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.Daha sonra bədii hissəyə start verildi.Tədbirin sonunda tədris ilində fərqlənən tələbələrə İlin tələbəsi fəxri adları və Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinin qalibinə fəxri fərmanlar təqdim olundu.


TGT-nin mətbuat katibi
Nigar Hüseynova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR