SON DƏQİQƏ

bdih-kollec.edu.az

ANTİİNHİSAR SİYASƏTİNƏ DAİR MARİFLƏNDİRİCİ SEMİNAR

18-05-2017, 10:08

12 may 2017 ci il tarixində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin dəstəyi ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqları barəsində geniş məlumat verərək bildirdi ki , vətəndaşların hüquq və vəzifələrinin qorunması Xidmətin əsas məqsədlərindən biridir.Lakin bununla yanaşı vətəndaşlarda kifayət qədər marifənməlidirlər ,öz hüquqlarını bilməli və lazım gəldiyi halda tələb etməlidir.Məruzəyə davam edən Xidmətin sektor müdiri Yusif Hüseynov vətəndaşlara ticarət mərkəzlərində supermarketlərdə alış-veriş zamanı məhsulların mənşəyi ,istehsal tarixi , istehsal edən ölkə barədə məlumat almaq, eyni zamanda seçilmiş məhsulların 15 gün müddətində geri qaytarma hüquqlarının olduğunun bir daha nəzərə çatdırdı. Tədbir tələbələrin maraqlı suallari ilə davam etdi.



TGT-ni mətbuat katibi
Nigar Hüseynova


ANTİİNHİSAR SİYASƏTİNƏ DAİR MARİFLƏNDİRİCİ SEMİNAR


ANTİİNHİSAR SİYASƏTİNƏ DAİR MARİFLƏNDİRİCİ SEMİNAR

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR