SON DƏQİQƏ

bdih-kollec.edu.az

RESPUBLİKA GÜNÜ QEYD OLUNUR

30-05-2017, 11:51

Mayın 26-da Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində 28 May- Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru, Rüxsarə Əliyeva bildirib ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, xalqımızın, millətimizin tarixində önəmli rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir, dövlətçilik tariximizdə böyük rol oynayıb. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində SSRİ-nin zəifləməsi müttəfiq respublikalarda milli-azadlıq mübarizəsinin güclənməsinə təkan verdi. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bayrağımız, himnimiz, gerbimiz yenidən bərpa edildi. Lakin müstəqilliyimizin ilk illəri çox çətin və mürəkkəb şəraitdə keçdi. Yalnız ulu öndər Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, iradə və qətiyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Məhz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, gücləndirdi, dünya miqyasında tanıtdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil dövlətimizin daha da gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq siyasi nüfuzunun yüksəldilməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Azərbaycan öz müstəqilliyinin 26-cı ilini yaşayır. Biz müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Müstəqil dövlətimizi göz-bəbəyimiz kimi qorumaq bizim hər birimizin, xüsusilə də, gənclərin müqəddəs borcudur.Tədbir tələblərin maraqlı ifaları və çıxışları ilə davam etdi.


TGT-nin mətbuat katibi
Nigar Hüseynova



RESPUBLİKA GÜNÜ QEYD OLUNUR

RESPUBLİKA GÜNÜ QEYD OLUNUR

RESPUBLİKA GÜNÜ QEYD OLUNUR

RESPUBLİKA GÜNÜ QEYD OLUNUR

RESPUBLİKA GÜNÜ QEYD OLUNUR

RESPUBLİKA GÜNÜ QEYD OLUNUR

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR