SON DƏQİQƏ

bdih-kollec.edu.az

Abşeron rayon təhsil işçilərinin sentyabr konfransı

11-09-2017, 19:39

08.09.2017-ci il tarixində Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev sarayında Abşeron rayon təhsil işçilərinin konfransı keçirildi.Konfransda hesabat məruzəsi ilə çıxış edən şəhər təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, Azərbaycanda gedən inkişaf prosesi təhsil sistemində də nəzərəçarpan dəyişiklik yaradıb. Respublikada uğurla həyata keçirilən təhsil islahatı pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub və şəhərin bütün pedaqoji kollektivləri bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməyə səy göstərir.Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Ceyhun Bayramov çıxış edərək rayon təhsil işçilərini salamladı. Yüksək balla ali məktəblərə qəbul olan tələbələri təbrik etdi. C. Bayramov onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. O, cari ilin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsədindən söz açıb.
Rayon icra hakimiyyəti başçısı İradə xanım Gülməmmədova tədbirdə çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan İ. Gülməmmədova Abşeron rayonunda bu istiqamətdə görülən işlər barədə məlumat verib. İcra başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açaraq son illərdə şəhərdə bir neçə məktəbin əsaslı təmir edildiyini nəzərə çatdırıb.Daha sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru
Rüxsarə Əliyeva məruzə xarakterli çıxış etdi.O,qeyd etdiki, rəhbərlik etdiyi Kollec son dövrlər xeyli uğurlara imza atmış nəinki rayon daxilində eləcədə bütün Respublikamızada tanınmışdır.Masallıda keçirilən bilik yarışmasına qatılan Kollec komandası Respublikada ikinci yerə laiq görülməsi,Kollecin tələbəsi Ləman Məmmədovanın yaradıcılıq yarışmasında birinci olması habelə Kolleci bitirən tələbələrin ali məktəblərə daxil olması buna bariz nümunədir.Konfransın sonunda təhsildə fərqlənən bir qrup müəllim və tələbəyə Rayon İcra Başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olundu.Kollecimizin müəllimləri Gülnarə Həsənova,Raidə Rəhimova,Tutu Əhədova, Xəyalə Nuqayeva,Firuzə Fərmanlı gənc nəslin təlim-tərbiyəsində və tədrisdə fərqləndiklərinə görə təltif olundular.Bizdə TGT olaraq bütün kollektivimiz adından müəllimlərimizi təbrik edirik.

Abşeron rayon təhsil işçilərinin sentyabr konfransı


Abşeron rayon təhsil işçilərinin sentyabr konfransı


Abşeron rayon təhsil işçilərinin sentyabr konfransı


Abşeron rayon təhsil işçilərinin sentyabr konfransı

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR