SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bilik günü

15-09-2017, 11:10

15.09.2017-ci il tarixdə Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində Bilik günü qeyd olundu.
Tədbirdə Kollecin bütün müəllim tələbə heyəti iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan direktor Rüxsarə Əliyeva yeni tələbə adını almış uşaqları təbrik etdi onlara təhsildə uğurlar arzuladı;

15sentyabr yeni dərs ilinin başlanğıcı, bilik günüdür.Ümummilli liderimiz Heydər Əliyev təhsil haqqında çox müdrik sözlər işlətmişdir:

-“Təhsil millətimizin gələcəyidir.”

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir.Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”
Bu gün biz təhsil işçilərinin qarşısında böyük vəzifələr durur.

Təhsil işçilərinin, müəllimlərin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır.Hər bir təhsil alan eyni zamanda vətəndaş kimi yetişməlidir.Dövlətinə, millətinə, milli-mənəvi dəyərlərinə, xalqına sadiq olmalı, milli vətənpərvər ruhunda yetişməlidir.
Mən əminliklə bildirirəm ki, biz təhsil işçiləri bu müqəddəs işin öhdəsindən layiqincə gələcək, dövlətimizə, onun qanunlarına hörmətlə yanaşacaq, dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyəcək, vətənimizə layiqincə xidmət edəcəyik.

Mən bütün təhsil işçilərini başda təhsil nazirimiz Mikayıl Cabbarov olmaqla yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayıram.


Bilik günü



Bilik günü



Bilik günü



Bilik günü

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR