SON DƏQİQƏ

bdih-kollec.edu.az

İSLAM HƏMRƏYLİYİ İLİNƏ HƏSR EDİLMİŞ TƏDBİR

15-09-2017, 11:49

15.09.2017-ci il tarixdə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun və Abşeron rayon İcra hakimiyyətinin dəstəyi ilə İslam həmrəyliyi ilinə həsr edilmiş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Oktay Səmədov ölkə prezidentinin müvafiq sərəncamı ili 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili elan olunmasını bir daha nəzərə çatdırdı.O, vurğuladı ki,
Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmiş və bu istiqamətdə aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Tədbirlər planı çərçivəsində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müxtəlif tədbirlərin həyata keçirilməsi, o cümlədən İslam adı altında yaradılan radikal qruplara qarşı birgə mübarizənin koordinasiya olunması kimi məsələlər nəzərdə tutulmuşdur.
Çıxışlara davam edən İcra Hakimiyyətinin nümayəndəsi Seymur Qasımov qeyd etdi ki , “Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var”. “Müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük”.
Tədbir tələbələrin maraqlı sualları ilə davam etdi.

İSLAM HƏMRƏYLİYİ İLİNƏ HƏSR EDİLMİŞ TƏDBİR


İSLAM HƏMRƏYLİYİ İLİNƏ HƏSR EDİLMİŞ TƏDBİR


İSLAM HƏMRƏYLİYİ İLİNƏ HƏSR EDİLMİŞ TƏDBİR

İSLAM HƏMRƏYLİYİ İLİNƏ HƏSR EDİLMİŞ TƏDBİR

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR