SON DƏQİQƏ

bdih-kollec.edu.az

MÜƏLLİMLƏR GÜNÜ

6-10-2017, 07:54

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində 5 oktyabr tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. 1993-cü ildən başlayaraq “Müəllimlər günü” ölkəmizdə də qeyd olunur. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu məqsədlə 05.10.2017-ci il tarixində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Müəllimlər günü yüksək səviyyədə qeyd olundu.Tədbiri giriş sözü ilə açan Kollecin direktoru R.M.Əliyeva vurğuladı ki ,müəllimlik dünyada ən qədim və ən müqəddəs peşə hesab olunur və bu gün biz müəllimlər fəxr etməliyik ki ,bu peşənin nümayəndələriyik.Ulu öndərin Mən müəllimdən yüksək ad tanımıram kəlamı bu peşəyə verilin ən yüksək qiymətdir.


TGT-nin mətbuat katibi
Nigar Hüseynova

MÜƏLLİMLƏR GÜNÜ

MÜƏLLİMLƏR GÜNÜ

MÜƏLLİMLƏR GÜNÜ

MÜƏLLİMLƏR GÜNÜ

MÜƏLLİMLƏR GÜNÜ

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR