SON DƏQİQƏ

bdih-kollec.edu.az

BAYRAQ GÜNÜ VƏ KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ

14-11-2017, 11:00

Noyabrın 8-də Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə təntənəli tədbir keçirildi. Dövlət Himnimiz səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş etdirildi. Sonra Kollecin direktoru R.M.Əliyeva toplantı iştirakçılarını salamlayaraq hər iki bayram münasibətilə hamını təbrik etdi. O,bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Demokratik ölkənin Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur. Məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin bayraq ləğv edilmişdir. Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də xalqımızın qəhrəman oğlu ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Həmçinin ölkə rəhbərinin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Dövlət Bayrağı Günü təsis edilmişdir. Həmin vaxtdan etibarən hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.Tədbir Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələrinin maraqlı ifaları və video slaydlarla davam etdi.
BAYRAQ GÜNÜ VƏ KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ
BAYRAQ GÜNÜ VƏ KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ
BAYRAQ GÜNÜ VƏ KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ
BAYRAQ GÜNÜ VƏ KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ
BAYRAQ GÜNÜ VƏ KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ
BAYRAQ GÜNÜ VƏ KONSTİTUSİYA GÜNÜ QEYD EDİLDİ

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR