SON DƏQİQƏ

bdih-kollec.edu.az

İDEA HEYVANLARA QAYĞI MƏRKƏZİ

17-11-2017, 08:11

IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlamışdır.Sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllülərin köməyi Mərkəzin səmərəli fəaliyyəti üçün əsas şərtlərdən biridir. Mərkəzdə yerləşdirilən it və pişiklərə qayğı göstərməkdə yardım etmək istəyən heyvansevərlər IACC-nin xüsusi anket formasını doldurmaqla və daxili qaydalarına riayət etmək öhdəliyini imzalamaqla Mərkəzin fəaliyyətinə könüllü kimi qoşula bilər.
16.11.2017-ci il tarixində Mərkəzin fəaliyyəti ilə tanış olmaq məqsədilə Bakı Dövlət iqtisadiyyat və Humanitar Kollecin tələbələri burada olmuşlar.İlk öncə tələbələr möhtəşəm iclas zalında direktor Surxay bəy tərəfindən ətraflı təlimatlandırıldı , burada onlar Mərkəz haqqında geniş və dolğun məlumatlar verildi sonra ziyarətçilər burada yerləşdirilən heyvanlarla tanış oldular.
İDEA HEYVANLARA QAYĞI MƏRKƏZİ
İDEA HEYVANLARA QAYĞI MƏRKƏZİ
İDEA HEYVANLARA QAYĞI MƏRKƏZİ
İDEA HEYVANLARA QAYĞI MƏRKƏZİ

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR