SON DƏQİQƏ

bdih-kollec.edu.az

"ÜMİD YERİ"UŞAQ SIĞINACAĞINDA

20-11-2017, 05:21

Təxminən 12 il bundan əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti Bakının küçələrində yaşamaq məcburiyyətində qalmış, isti yeməyə, təmiz geyimə, rahat yatağa möhtac uşaqlar üçün “Sığınacaq Evi” təsis etmək təşəbbüsü ilə çıxış etdi.Uşaqların əksəriyyəti məktəblidir. Onlar Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbə təhsil alırlar. Uşaqların əsasən humanitar yönlü dərslərə meyllidirlər. Onların arasında peşə məktəbində oxuyanlar da var.18.11.2017-ci il tarixində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin TGT-nin üzvləri sığınacaqda olmuşlar. Ziyarət tələbələrlə uşaq sığınacaq evinin sakinləri arasında dostluq əlaqələrinin qurulmasında körpü rolunu oynayıb. Ziyarət zamanı tələbələr tərəfində sığınacağın şagirdlərinə dərsdən sonra asudə vaxtlarının daha da səmərəli keçirilməsi üçün müxtəlif hədiyyələr təqdim ediblər.

TGT-nin mətbuat
katibi N.Hüseynova

"ÜMİD YERİ"UŞAQ SIĞINACAĞINDA
"ÜMİD YERİ"UŞAQ SIĞINACAĞINDA
"ÜMİD YERİ"UŞAQ SIĞINACAĞINDA
"ÜMİD YERİ"UŞAQ SIĞINACAĞINDA
"ÜMİD YERİ"UŞAQ SIĞINACAĞINDA

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR