SON DƏQİQƏ

bdih-kollec.edu.az

NARKOMANİYA ÜMUMBƏŞƏR BƏLADIR

14-12-2017, 09:51

NARKOMANİYA ÜMUMBƏŞƏR BƏLADIR
NARKOMANİYA ÜMUMBƏŞƏR BƏLADIR
NARKOMANİYA ÜMUMBƏŞƏR BƏLADIR




14 dekabr 2017-cı il tarixdə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Abşeron Rayon İcra Hakimiyyəti və rayon polis idarəsinin ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013 -2018- ci illər üçün Dövlət Proqramı”nın 4. 4. 23 -cü bəndinə uyğun olaraq "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib.
Kollec rəhbərliyi, rayon ictimayyətinin nümayəndələri, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, poliklinikaların həkimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva tədbirin sosial-ictimai əhəmiyyətini qeyd edərək, rəhbəri olduğu təhsil müəssisəsində Dövlət Proqramından irəli gələn bir sıra vacib məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb, bütün dünyanı əhatə edən bu dəhşətli bəladan xilas olmaq üçün lazımi tədbirlərin daha da gücləndirilməsinin zəruriliyini bildirib.
Direktor narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasını qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün şəhər- rayonlarda etimad telefonlarının səmərəli istifadəsi üçün daha geniş təbliğatın aparılması və müvafiq qurumlar tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı diqqətin artırılması, həmçinin narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra Abşeron rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov çıxış edərək bildirdi ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyani barədə təbliğat aparılması, eyni zamanda şagird və tələbələrin dünya görüşünün formalaşdırılmasın məqsədi ilə narkotik vasitələrin, prixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək tədbir iştirakçılarının suallarını cavablandırıblar. Rəis müavini onu da qeyd etdi ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu onunla izah oluna blər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Qeyd etdiyimiz kimi ən acınacaqlı və haqlı narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətindədir.
Rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev bildirdi ki, son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq muhafizə orqanları ilə yanaşı,digər təşkilatlar da bir sıra işlər görür.
Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər kefiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Amma çox təəssüf ki, Respublikamızda narkomaniyaya qarşı mübarizə gündən – günə artsa da, narkomanların sayı da bu mübarizə ilə bərabər artır. Ən pisi də budur ki, narkotik vasitə istifadəçilərinin ən çoxunu gənclər təşkil edir.Və bu da çox pis nəticədir,çünki hər bir xalqın,millətin özəyini onun gəncləri təşkil edir və xalqın inkişafında da gənclərin rolu mühüm əhəmiyyət kəsb edir. Çıxışının sonunda isə kolecin tələbələrinə ancaq yüksək savad və sağlıamlıq arzuladı.
Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupununn baş inspektoru, polis mayoru Elbrus Əhmədov bildirdi ki, narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. Narkomaniya yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Təəssüflər olsun ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib. Ötən il respublikamızda 26 min 717 nəfər narkoman qeydə alınıb ki, onların da 60 faizdən çoxu gənclərdir. Həmin narkomanların təxminən 70 faizi dispanser uçotundadır. Etiraf etmək lazımdır ki, narkomaniya bizə SSRİ dövründən miras qalıb. O vaxt dövlət bu ağır problemin cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etməyə çalışdığından, narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxladığından müalicəsi çox çətin olan bu xəstəliyin get-gedə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız imperiya çəpərlərini dağıdıb öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanlarıyla yanaşı, içtimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə "narkomaniyanın vətəni" adlanan Əfqanıstanda onun meydanının ilbəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın inkişaf sürətini vaxtında sədləyə bilməsə, o, yaxın gələcəkdə böyük içtimai faciələrə gətirib çıxara bilər. Bu gün narkomaniya və narkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yenu müharibə və münaqişə oçaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında. Bu gün Dağlıq Qarabağda və Azərbaycanın işğala məruz qalmış digər ərazilərində onlarca narkotik laboratoriya fəaliyyət göstərməkdədir. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz ərazilərindən hər il Rusiyaya və Avropa ölkələrinə on tonlarla narkotik maddələr daşınır. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr xüsusilə təhlükəlidir. Çünki o, insanı asanlıqla özünə alışdırır, tezliklə əridib çöpə döndərir və tədricən ölüm yatağına doğru sürükləyir. Ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır. Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun Avropa ilə Asiya qitəsinin qovuşağında yerləşən Azərbaycan ərazisindən keçməsi, burada səhra, yarımsəhra, mülayim, subtropik, kontinental və digər iqlim şəraitlərinin mövcudluğu ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib-becərilməsinə, həm də yabanı halda bitməsinə şərait yaradıb. Məsələn, xaşxaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u yabanı halda yetişir. Azərbaycan imperiya əsarətindən qurtulub müstəqilliyə qovuşduqdan və digər ölkələrlə əməkdaşlığı genişləndirdikdən sonra narkotik vasitələrin yayılması, çirkli pulların yuyulması üçün kriminal strukturlar qarşısında geniş üfüqlər açıldı. Beynəlxalq narkosindikatlar narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya daşınmasında Azərbaycanı tranzit əraziyə çevirmək cəhdində oldular. Həmçinin Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərdi. Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirmələrinə, hər il orada min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara Dəniz hövzəsi ölkələrinə ixrac etmələrinə və silah qaçaqmalçılığı ilə məşğul olmalarına geniş şərait yaradıb.Sonda məruzəçi Abşeron rayon icra hakimiyyətlərinin, polis şöbələrinin, səhiyyə təşkilatlarının, tədris müəssisələrinin, gənclər və idman idarələrinin təşəbbüsü ilə keçirilən maarifləndirici tədbirlər bu sahədə atılan uğurlu addım kimi dəyərləndirilməlidir. Keçirilən tədbir göstəricilərin artması idarənin bu məsələyə daha ciddi yanaşmasını bildirir.
Hazırda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Polis idarəsinin narkotiklərlə mübarizə qrupunun baş inspektoru polis baş leytinatı Seymur Usublu çıxış edərək qeyd etdi ki, narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.
Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər.
Rayon polikilinkasının həkimi Arif Abasov çıxış edərək, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırmışlar. Şagirdlərin mövzu ətrafında suallarına qonaqlar tərəfindən cavab verilərək, qaranlıq məqamlara aydınlıq gətirildi.
"Abşeron rayon təhsil şöbəsinin nümayəndəsi, "Xırdalan" və "Abşeron təhsili" qəzetlərinin baş redaktoru Anar Nağıyev tələbələrin suallarını cavablandıraraq qey etdi ki, Rayon icra hakimiyyətinin, Polis idarəsinin, Təhsil şöbəsinin, İdman və Gənclər idarəsinin birgə təşkilatçılığı ilə keçirilən bu kimi marifləndirici tədbirlərin vacibliyini qeyd etdi. Tələbələr arasında pis vərdişlərin qarşısının alınmasında, sağlam və savadlı kadrların yetişməsində bu kompaniyanın rolunun böyük olmasını vurğuladı.
Kolecin tələbələrinin hazırladığı Narkomaniyanın törədiyi fəsadlar aid videoçarx nümayiş etdilirli. "Biz norkamaniyaya yox deyirik" şüarı tələbələr tərəfindən səsləndi.
Qanunsuz dini ədəbiyyatların yayılması, yeniyetmələr və gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması, kolecin yaxınlığında yerləşən ictimai iaşə obyektlərinin tələbələrə təsirinə aid suallar verildi, qonaqlar tərəfindən bəzi məsələlərə aydınlıq gətirildi.
Sonda kollecin tələbələri hazırladıqları səhnəciyi tədbir iştirakçılarına təqdim etdilər.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR