SON DƏQİQƏ

bdih-kollec.edu.az

Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində”

22-02-2018, 08:19

övqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində” mövzusunda seminar-müşavirə keçirmişdir.
Tədbirin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Toplantıda Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, kollecin müəllim və tələbələri iştirak etmişdir. Yığıncaqda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları”, “112” qaynar xətti”, “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.
Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.
Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində”
Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində”
Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində”
Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində”

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR