SON DƏQİQƏ

bdih-kollec.edu.az

İ.E.Xudiyeva

10-01-2016, 18:45

İ.E.Xudiyeva 25 iyul 1961-ci ildə Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Abşeron rayon Altı - ağac kəndində 1-ci sinifə getmiş, 1969-cu ildə ailələri Xırdalan şəhərinə köçdüyü üçün təhsilini Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 1978-ci ildə orta məktəbi bitirmiş, 1979-cu ildən Bakı Plan Uçot texnikomunda (Hazırki Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolecində) iş fəaliyyətinə başlamışdır. 1987-ci ildə D.Bünyətzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə ali məktəbi bitirib. Kollecdə işlədiyi müddətdə laborant, müəllim, şöbə müdiri kimi fəaliyyət göstərmiş, 14 mart 2014-cü il tarixdən Təhsil Nazirliyinin əmri ilə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Ailəlidir iki övladı var. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR