SON DƏQİQƏ

bdih-kollec.edu.az

"Burdan min atlı keçdi"

6-07-2022, 19:34

5 iyul 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin rəhbərliyi, müəllim-tələbə heyəti şair-dramaturq, ictimai xadim Hidayət Orucovun iki hissəli tarixi xronoloji dramı olan "Burdan min atlı keçdi" tamaşasına baxıb. Tamaşaya Kollecin 300-ə yaxın müəllim-tələbəsinə dəvətnamə verilib. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutan tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı Ulu Öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.
Tamaşadakı hadisələr 1968-ci ildən bu günümüzə qədərki bir dövrü əhatə edir. Əsərdə tarixən əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda türk mənşəli xalqların qədim dövrlərdən məskunlaşdığı, bu ərazilərdə azərbaycanlıların yaşadığı ictimai-siyasi şərait, ədəbi-mədəni mühit, İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti, bütövlükdə azərbaycanlıların on illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizə qələmə alınıb. Sonda Ulu Öndərin, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin 30 il erməni işğalında qalan Qarabağ torpaqları barədə dedikləri çıxışlar, eləcə də Zəfər Günündən epizodlar səsləndirilib. İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140-cı mövsümünün final tamaşası böyük anşlaqla baş tutub.

"Burdan min atlı keçdi"
"Burdan min atlı keçdi"
"Burdan min atlı keçdi"
"Burdan min atlı keçdi"
"Burdan min atlı keçdi"

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR