SON DƏQİQƏ

bdih-kollec.edu.az

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı

14-04-2017, 08:48

TGT-nin tarixi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbəri Akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq olunması ilə başlanmışdır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən 28 fevral 2005-ci il tarixli 89 saylı əmr hazırlanmış və Respublikanın bütün ali və orta ixtisas təhsili müəssisələrinə göndərilmişdir. Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsini təmin etmək məqsədilə 2005-ci ilin may ayında Gənclər, İdman və Turizm Nazirliyi (indiki Azərbaycan Gənclər və İdman Nazirliyi) və Təhsil Nazirliyi "Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi"ni təsdiq etmişlər. Beləliklə,TGT-lərin yaradılmasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yaxından iştirak etmişdir. 2007-ci ildə isə Əsasnamə yenidən işlənərək hər iki nazirlik tərəfindən təsdiq olunmuş ali və orta ixtisas təhsili müəssisələrinə paylanılmışdır. 2009-cu il may ayının 1-dən iyunun 4-dək dövlət və özəl ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının hesabat-seçki konfransları keçirilmişdir. Bu konfranslarda ötən müddət ərzində təşkilatın gördüyü işlər barəsində hesabatlar dinlənilmiş, onların fəaliyyətlərinə qiymət verilmiş, sədr və sədr müavinləri seçilmiş, yeni tərkibdə İdarəetmə Şurası, Nəzarət-Təftiş Komissiyası formalaşdırılmışdır. Hesabat-seçki konfranslarında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təsis qurultayında iştirak etmək üçün 40 ali təhsil müəssisəsi və onların filiallarından 300 nəfər nümayəndə seçilmişdir. 2009-cu il noyabrın 20-də 2009-cu il tarixdə 26-sı dövlət, 14-ü özəl 40 ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatı birləşərək Bakı şəhərində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını təsis etmişdir. Təsis qurultayının açılışında prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə təqdim etmişdir. Məktubda ATGTİ-nin vətəndaş cəmiyyətinin mühüm üzvlərindən birinə çevriləcəyinə əminlik ifadə olunurdu . Qurultayda Prezident Aparatının (PA) rəhbəri Ramiz Mehdiyev çıxış edərək, bildirmişdir ki, bu gün Azərbaycan gənclərinin həyatında tarixi bir gündür, 200 minlik tələbə ordusu vahid qurum şəklində fəaliyyətə başlayır: "Bu təşəbbüs bizim üzərimizə böyük öhdəliklər qoyur".Bakı dövlət İqtisadiyyat və Humanitar Kollecinin TGT-nın 150 üzvi var və onların sayı durmadan artır. Təşkilatın nəzdnində4 departament fəaliyyıt göstərir:

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı

1.Nizam-intizam departamenti-Sədr Məmmədova Nailə

2.Mətbuat departamenti-Sədr Hüseynova Nigar

3.Ekalogiya departamenti-Sədr Zamanova Fəridə

4.Elm və mədəniyyət departamenti-Sədr Əliyeva Nazlı









Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı
Vüsal Elman oğlu Seyfullazadə 2000-ci ildə Azərbaycan Resublikası, Lənkəran rayonu, Qumbaşı kəndində anadan olmuşdur. 2006-cı ildə Lənkəran rayon, Qumbaşı kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş,. 2014-cü ildə təhsilini Lənkəran rayon, Şirinsu kənd tam orta məktəbinə davam etdirmişdir. 2015-ci ildə məktəbin 9-cu sinifini bitirib Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Maliyyə işi” ixtisaına qəbul olmuşdur. Hal- hazırda Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alır.2016-cı ildən Kollecin TGT-nin sədri vəzifələrini icra edir.


Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı
Əliyeva Nəzrin Fərman qızı 1997 - ci ildə Bakı şəhərində anadan olmuşdur.2004cü ildə Qaradağ rayon Sahil qəsəbəsi Elxan İsmayılov adına 253 nömrəli məktəbə daxil olmuş, 2015 ci ildə həmin məktəbi bitirmişdir. 2016-cı ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu” ixtisasına daxil olmuşdur.2016-cı ildən Kollecin TGT sədrinin 1-ci müavinidir






















Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı
Qarayev Aqil Bəhruz oğlu 06 iyun 2000-ci ildə İmişli rayon Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur.2006-cı ildə Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbinin I sinfinə daxil olmuş , 2015-ci ildə 9-cu sinifdən natamam orta təhsillə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Maliyyə işi” ixtisasına qəbul olmuşdur. 2016-cı ildən Kollecin TGT sədrinin müavinin vəzifəsini icra edir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR