07:23 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20..
16:16 - 28 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
15:13 - 12 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar..
17:05 - Torpaqşünaslıq və torpağın mühafizəsi fənnindən "Dəmir yumruq" adlı bilik..
21:17 - "Özünü sev" adlı elmi seminar..
07:28 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 8..
16:13 - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Müasir..
05:37 - BDU-da Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Zamanın sınağında” adlı elmi..
17:40 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 18..
17:41 - "Karyera quruculuğu və gender” mövzusunda seminar..
17:26 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin..
17:20 - Dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir..
06:48 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 27..
09:12 - 14 sentyabr 2022-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar..
10:44 - 6-8 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq..
28 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
28 dekabr Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova 31 dekabrın Həmrəylik Günü kimi təqvimə salınmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: "Torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar yüksək dərəcədə fəallıq göstərdilər, düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı". Direktor Kollecin əməkdaşlarını, müəllimlərini və tələbələri bayram münasibətilə təbrik edərək onlara yeni ildə yeni nailiyyətlər, uğurlar arzu edib. Tədbirdə Kollecin rəqs qrupunun, tələbələrin ifasında rəqslər, şeirlər, səhnəciklər nümayiş etdirilib, müğənnilər Türkan Abbasova, Vüqar Əlioğlu və Dj Eljan tərəfindən mahnılar səsləndirilib.