info@bdih-kollec.edu.az
Nizami Gəncəvi 153, Xırdalan, Abşeron
support@website.com
Номер улицы, Номер дома, Номер квартиры.
Пн-Сб: 7.00 - 17.00
support@website.com
Номер улицы, Номер дома, Номер квартиры.
Пн-Сб: 9.00 - 19.00
Azərbaycan Respublikasında təhsil sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Orta ixtisas təhsili müəssisələri bu sistemdə mühüm rol oynayaraq əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu baxımdan Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec özünəməxsus yer tutur. Kollec 1922-ci ildən fəaliyyət göstərməklə ölkənin ən qədim təhsil ocaqlarından biri sayılır. Həmin dövrdə müəssisə texnikum statusunda fəaliyyət göstərərək əsasən iqtisadiyyat, mühasibat uçotu və planlaşdırma sahələri üzrə kadr hazırlığını həyata keçirirdi. İlk dövrlər S.Ağamalı adına “Yer quruluşu” texnikumu adlandırılılsada, o vaxtdan texnikumun adı bir neçə dəfə dəyişdirilib. 1963-cü ildə kollecə “Bakı Plan-Uçot Texnikumu” adı verilib. Bu təhsil ocağı ölkənin iqtisadi sisteminin tələblərinə uyğun olaraq on minlərlə mütəxəssis yetişdirmiş və müxtəlif dövlət müəssisələrində onların fəaliyyətinə zəmin yaratmışdır. Müstəqillik dövründə Azərbaycan təhsil sistemində aparılan genişmiqyaslı islahatlar bu kollecin fəaliyyətinə də təsir göstərmişdir. 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Plan-Uçot Texnikumunun bazasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci yaradılmışdır Təhsil müəssisəsi yenidən strukturlaşdırılmış, ixtisaslar müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. 10 iyul 2020-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi Hazırda Kollec müasir təhsil prinsipləri əsasında fəaliyyət göstərir. Burada iqtisadiyyat üzrə maliyyə işi, mühasibat uçotu, bank işi, turizm işinin təşkili və humanitar sahələr üzrə ailə və ev təhsili, kitabxana işi, ərtraf mühitin mühafizəsi və bərpası, kargüzrarlıq və arxiv işi ixtisaslı kadrlar hazırlanır. Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec zəngin tarixə və inkişaf yoluna malik təhsil müəssisəsidir. Onun fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, gənclərin keyfiyyətli təhsil almasına geniş imkanlar yaradır.Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən Kollecin ərazisi 3,34 ha-dır, 4 mərtəbəli tədris binasının ümumi sahəsi 3996,85 kv2 ,2 mərtəbəli 576kv2 270 nəfər tutumu olan yeməkxanası, 120 kv2 qarajı və 5 mərtəbəli 450 nəfərlik 2 yataqxanası var.