Gülnar Kərimova bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetində tamamlayıb. ADPU-nun Şəki filialında tutor, dekan müavini, müəllim, insan resursları və ümumi şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. Pedaqoji və elmi fəaliyyətlə yanaşı, beynəlxalq jurnallarda dərc olunmuş elmi məqalələrin müəllifidir. Bir sıra yerli və beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif diplom və sertifikatlara layiq görülüb. Dövlət İmtahan Mərkəzinin nəzarətçisi, “İnklüziv təhsil” layihəsinin ekspert təlimçisi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti və “Human Resources Management üzrə beynəlxalq sertifikatlı mütəxəssisidir.