Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecin Təbiət elmləri fənn birləşməsinin sədri Əhədova Tutu, fənn müəllimləri Əlizadə Günel və Əşrəfova Ağanisə “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının tələbələri ilə birlikdə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna ekskursiya həyata keçirmişlər. Ekskursiyanın məqsədi tələbələrin tullantıların idarə olunması, çeşidlənməsi və təkrar emalı prosesləri ilə praktiki şəkildə tanış olmalarını təmin etmək olmuşdur. Ekskursiya zamanı tələbələr müasir ekoloji texnologiyalar, ətraf mühitin mühafizəsində təkrar emalın rolu və dayanıqlı inkişaf prinsipləri barədə geniş məlumat əldə etmişdirlər.