logo
  • (+99412) 349 38 00

  • info@bdih-kollec.edu.az

  • Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

  • +7(900) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 7.00 - 17.00

  • +7(300) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 9.00 - 19.00

Kollec rəhbərliyi II Fəxri Xiyabanı ziyarət edib.


BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kolleci ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv Müqavilə imzalanıb.


Kollecinin əməkdaşları növbəti akademik nailiyyətə imza atıblar


2026/2027-ci tədris ilinin Pedaqoji Şurasının ilk iclası keçirililib


18 sentyabr - Milli Musiqi Günü qeyd edilib


15 Sentyabr – Bilik Günü qeyd olunur


Bizimlə əlaqə

(+99412) 349 38 00

info@bdih-kollec.edu.az

Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində "Vikipediya" təlimləri keçirilib

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində "Vikipediya" təlimləri keçirilib
Əyani şəkildə keçirilən təlimlərin əsas məqsədi iştirakçıların rəqəmsal yazı bacarıqlarını inkişaf etdirmək və azərbaycanca vikipediyanın zənginləşdirilməsində onların rolunu artırmaq olub.
Təlimin açılış günündə layihənin rəhbəri və təlimçi - "Vikimedia Azərbaycan" istifadəçi qrupu sədrinin müavini Aida Aslanova çıxış edərək rəqəmsal savadlılığın əhəmiyyətindən danışıb. Aida xanım tələbələrin inkişafına göstərdiyi xüsusi diqqət, innovativ layihələrə verdiyi böyük dəstək və yaradılan şəraitə görə kollecin direktoru Hicran Əyyubovaya dərin təşəkkürünü bildirib.
İntensiv keçən proqram çərçivəsində təlimçi tərəfindən ilk növbədə "Vikipediya" onlayn ensiklopediyası, onun yaranma tarixi, qlobal fəaliyyət prinsipləri və əsas fəlsəfəsi haqqında iştirakçılara geniş məlumat verilib. Daha sonra təlimlər praktiki mərhələyə keçib və tələbələrə virtual məkanda işləmək üçün vacib olan bir çox texniki tərəflər və qaydalar aşılanıb. Təlim müddətində tələbələrə "Vikipediya"da müstəqil şəkildə məqalə yazma bacarıqları öyrədilib. Onlar məqalələrin ensiklopedik üslubda formalaşdırılması, məlumatların obyektivliyi və etibarlılığı üçün istinadların düzgün yerləşdirilməsi, məqalə daxilində xüsusi şablonlardan istifadə qaydaları və mövzuların asan tapılması üçün kateqoriyaların düzgün qoyulması kimi mühüm texniki mexanizmlərə dərindən yiyələniblər.
Təlimlərin yekununda tələbələrin həm fərdi, həm də qrup şəklində yazdıqları praktiki məqalələr təlimçi tərəfindən tək-tək yoxlanılıb və təhlil edilib. Ensiklopediyanın daxili qaydalarına tam uyğun gələn uğurlu məqalələr platformada yerləşdirilib.
Təlimin bağlanış mərasimində kollecin direktoru Hicran Əyyubova geniş nitqlə çıxış edib. Hicran xanım təlimi uğurla başa vuran tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və virtual məkanda Azərbaycan dilində keyfiyyətli kontentin artırılmasının ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Direktor gənclərin intellektual inkişafında və rəqəmsal dünyada düzgün formalaşmasında gördüyü böyük və təqdirəlayiq işlərə görə təlimçi Aida Aslanovaya xüsusi təşəkkürünü ifadə edib.
BDU-nun nəzdində  İqtisadiyyat və Humanitar  Kollecində "Vikipediya" təlimləri keçirilib