BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azadlığımızın 108-ci baharı” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyev və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlamışdır. Çıxış edənlər 1918-ci il 28 May tarixində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi haqqında ətraflı məlumat vermiş, bu tarixin xalqımızın taleyində mühüm dönüş nöqtəsi olduğunu vurğulamışlar. Bildirilmişdir ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoymuş, milli dövlətçilik ənənələrinin formalaşmasına böyük töhfə vermişdir. Çıxışlarda qeyd olunmuşdur ki, bu gün müstəqil Azərbaycanın qazandığı uğurlar, ölkəmizin beynəlxalq nüfuzu və əldə edilən nailiyyətlər xalqımızın birliyinin və dövlətimizə olan sədaqətinin nəticəsidir. Tədbirdə həmçinin tələbələr tərəfindən xalqımızın müstəqillik və azadlıq ruhunu əks etdirən ədbi-bədii kompozisiya nümayiş olunmuşdur.