logo
  • (+99412) 349 38 00

  • info@bdih-kollec.edu.az

  • Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

  • +7(900) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 7.00 - 17.00

  • +7(300) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 9.00 - 19.00

Kollec rəhbərliyi II Fəxri Xiyabanı ziyarət edib.


BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kolleci ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv Müqavilə imzalanıb.


Kollecinin əməkdaşları növbəti akademik nailiyyətə imza atıblar


2026/2027-ci tədris ilinin Pedaqoji Şurasının ilk iclası keçirililib


18 sentyabr - Milli Musiqi Günü qeyd edilib


15 Sentyabr – Bilik Günü qeyd olunur


Bizimlə əlaqə

(+99412) 349 38 00

info@bdih-kollec.edu.az

Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

N. Nərimanovun Xatirə Muzeyinin birgə təşəbbüsü ilə “ Birinci Türkoloji Qurultayın 100 illiyi”nə həsr edilmiş “Dil, Tarix və Mədəniyyətin Ortaq Yaddaşı” adlı seminar təşkil olunub

25 may 2026-cı il tarixində Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinin və N. Nərimanovun Xatirə Muzeyinin birgə təşəbbüsü ilə “ Birinci Türkoloji Qurultayın 100 illiyi”nə həsr edilmiş “Dil, Tarix və Mədəniyyətin Ortaq Yaddaşı” adlı seminar təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi türk xalqlarının ortaq tarixi köklərinin, zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin və dil birliyinin təbliği, gənclərdə milli kimlik şüurunun formalaşdırılması, eləcə də türk dünyasının ortaq yaddaşının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulamaq olmuşdur.
Tədbiri giriş sözü ilə kollecin direktoru Hicran xanım Əyyubova türk dünyasının mədəni və tarixi bağlarının qorunmasının vacibliyindən danışmış, bu kimi maarifləndirici tədbirlərin tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir. O, həmçinin dil, tarix və mədəniyyətin xalqın milli yaddaşının əsas sütunları olduğunu vurğulamışdır.
Tədbir çərçivəsində pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Fərrux Rüstəmov çıxış edərək türk xalqlarının ortaq mənəvi dəyərləri, milli-mədəni irsin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması, AMEA Tarix və Etnologiya İnstitutunun dissertantı, N. Nərimanovun Xatirə Muzeyinin direktoru, eyni zamanda Nərimanovlar nəslinin davamçısı Ləman Hüseynova isə mədəniyyətin ortaq yaddaşımızdaki tarixi istiqamətində fikirlərini bölüşmüşdür.
Daha sonra kollecin Ümumtəhsil fənləri şöbə müdiri Şəfiqə Əliyeva, tarix fənn müəllimi Humay İsmayılova çıxış edərək türkoloji araşdırmaların əhəmiyyəti, ortaq tarixi yaddaşın qorunması və milli-mədəni irsin təbliği barədə ətraflı məlumat vermişlər. Çıxışlarda türk dünyasının keçmişdən gələn mənəvi bağlarının bu gün də öz aktuallığını qoruduğu xüsusi vurğulanmışdır.
Tədbirdə kollecin tələbələri Ləman Səmədzadə və Gülnar Mustafayeva da iştirak edərək mövzu ilə bağlı təqdimatlar etmiş, türk dünyasının tarixi, dili və mədəniyyəti ilə bağlı maraqlı fikirlər səsləndirmişlər. Onların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

N. Nərimanovun Xatirə Muzeyinin birgə təşəbbüsü ilə “ Birinci Türkoloji Qurultayın 100 illiyi”nə həsr edilmiş “Dil, Tarix və Mədəniyyətin Ortaq Yaddaşı” adlı seminar təşkil olunub