BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə İctimai fənlər Fənn Birləşməsi müəllimlərinin təşkilatçılığı ilı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edən tarix müəllimləri Tamilla Səttarova, Kərəm Quliyev və Humay İsmayılova qeyd ediblər ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq ölkədə mövcud olan ictimai-siyasi böhranın aradan qaldırılmasına, dövlət müstəqilliyinin qorunmasına və sabitliyin təmin edilməsinə nail olub. Məhz buna görə 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilir. Çıxışlarda həmçinin vurğulanıb ki, ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və ölkəmizin tərəqqisinə xidmət edir. Tədbir çərçivəsində Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx təqdim edilib, iştirakçıların fikirləri dinlənikib.