logo
  • (+99412) 349 38 00

  • info@bdih-kollec.edu.az

  • Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

  • +7(900) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 7.00 - 17.00

  • +7(300) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 9.00 - 19.00

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra rəhbər təyinatları həyata keçirilib


Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan, birliyin, yenilənmənin rəmzi olan Novruz bayramınız mübarək


5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib


Qənimətlər parkına ekskursiya


Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib


Lütfi Zadənin 105 illiyinə həsr edilmiş tədbir keçirilib


Bizimlə əlaqə

(+99412) 349 38 00

info@bdih-kollec.edu.az

Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə dəyirmi masa təşkil olunub

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə dəyirmi masa təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Hicran Əyyubova çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində əsası qoyulan və formalaşan Azərbaycan Ordusu bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşayır və dünyanın ən güclü orduları sırasındadır. O, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlığın Azərbaycan əsgərinin sarsılmaz iradəsinin, rəşadətinin və yüksək döyüş hazırlığının əyani sübutu olduğunu vurğulayıb.
Çağırışaqədərki hazırlıq rəhbəri Pərviz Hüseynov çıxışında Azərbaycan əsgərinin qəhrəmanlığı və Vətən qarşısındakı müqəddəs xidməti, vətənpərvərlik hissinin gənclər arasında təbliğinin əhəmiyyəti, ölkəmizin müdafiə potensialının gücləndirilməsində ordunun rolu, müasir dövrdə milli təhlükəsizliyin təmin edilməsində ordunun əhəmiyyəti haqqında danışıb.
Tədbirin sonunda Hicran Əyyubova kollecin Çağırışaqədərki hazırlıq rəhbəri, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, polkovnik-leytenant Pərviz Hüseynovu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ənənələrinin yaşadılması və Vətənə sədaqət hissinin aşılanması istiqamətində səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edib.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə dəyirmi masa təşkil olunub