logo
  • (+99412) 349 38 00

  • info@bdih-kollec.edu.az

  • Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

  • +7(900) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 7.00 - 17.00

  • +7(300) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 9.00 - 19.00

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra rəhbər təyinatları həyata keçirilib


Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan, birliyin, yenilənmənin rəmzi olan Novruz bayramınız mübarək


5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib


Qənimətlər parkına ekskursiya


Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib


Lütfi Zadənin 105 illiyinə həsr edilmiş tədbir keçirilib


Bizimlə əlaqə

(+99412) 349 38 00

info@bdih-kollec.edu.az

Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

“Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

BDU-nun nəzdində İqtisafiyyat və Humanitar Kollecində “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə həyata keçirilən "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova,"Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri, “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" layihəsin rəhbəri Zamin Zeynal,
Psixoloq və şüuraltı elmlər üzrə mütəxəssis Lalə Yazıcı, Wikimedia Azərbaycan İstifdəçi Qrupunun İdarə Heyətinin sədr müavini Aida Aslanova, Qərbi Azərbaycan İcmasının Abşeron nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev, müəllimlər, tələbələr və ictimai fəallar iştirak ediblər.
Çıxışlarda bildirilib ki, rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə uşaq və gənclərin sağlam informasiya mühitində formalaşması, onların rəqəmsal savadlılığının artırılması, internet resurslarından təhlükəsiz istifadəyə dair biliklərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlı, məsuliyyətli və vətənpərvər vətəndaş kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri cəmiyyətin informasiya təhlükəsizliyinin gücləndirilməsinə və sağlam rəqəmsal mühitin formalaşmasına mühüm töhfə verir.
Tədbirdə "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" layihəsin rəhbəri, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal geniş məzmunlu çıxışında layihənin əsas məqsədinin uşaq və gənclərdə internetdən məsuliyyətli, məqsədyönlü və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, eyni zamanda rəqəmsal məkanda milli və mənəvi dəyərlərin təbliği olduğunu bildirib.
Layihə rəhbəri çıxışında internet təhlükəsizliyi, kibermədəniyyət, sosial şəbəkələrdə etik davranış qaydaları, dezinformasiyanın yaratdığı risklər, informasiya təhlükəsizliyi və rəqəmsal savadlılığın artırılması istiqamətində maarifləndirici fəaliyyətin vacibliyi xüsusi vurğulayıb. Həmçinin valideyn, müəllim və cəmiyyət əməkdaşlığının uşaqların rəqəmsal mühitdə təhlükəsiz inkişafında mühüm rol oynadığı qeyd edib.
Tədbir interaktiv müzakirələrlə davam edib. Tələbələr mövzu ilə bağlı fəallıq nümayiş etdirərək internet təhlükəsizliyi, sosial şəbəkələrdən düzgün istifadə, rəqəmsal etik davranış və informasiya təhlükəsizliyi ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Qonaqlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb, iştirakçılarla fikir mübadiləsi aparılıb və praktiki tövsiyələr təqdim olunub.

“Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu"  mövzusunda maarifləndirici tədbir keçirilib