10 iyul 2026-cı il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2025/2026-cı ilin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın son iclası keçirildi.
Kollecin direktoru Hicran Əyyubova Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdi.
Kollecin tədris işləri üzrə direktor müavini Gülnar Kərimova 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasının və yekun təcrübə hesabatlarının nəticələri ilə bağlı geniş hesabatını təqdim etdi.
Daha sonra 2026/2027-ci tədris ili üçün tədris planlarının hazırlanması və dərs yükünün bölünməsi ilə bağlı müzakirələr aparıldı, təkliflər dinlənildi və səsə qoyuldu.
Kollecin direktoru Hicran Əyyubova yeni dərs ilində qarşıda duran vəzifələr, prioritet istiqamətlər haqqında danışdı, aidiyyətli şəxslərə tapşırıqlarını verdi.
İclasın sonunda Hicran Əyyubova pedaqoji kollektivə təşəkkür etdi, xoş arzularını və növbəti tədris ilində daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə etdi.