logo
  • (+99412) 349 38 00

  • info@bdih-kollec.edu.az

  • Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

  • +7(900) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 7.00 - 17.00

  • +7(300) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 9.00 - 19.00

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra rəhbər təyinatları həyata keçirilib


Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan, birliyin, yenilənmənin rəmzi olan Novruz bayramınız mübarək


5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib


Qənimətlər parkına ekskursiya


Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib


Lütfi Zadənin 105 illiyinə həsr edilmiş tədbir keçirilib


Bizimlə əlaqə

(+99412) 349 38 00

info@bdih-kollec.edu.az

Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vikimedia Azərbaycan” istifadəçi qrupunun təşkilatçılığı ilə “Viki şəhər” layihəsi çərçivəsində beynəlxalq düşərgəsi keçirilib

Avqustun 12-dən 16-dək Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vikimedia Azərbaycan” istifadəçi qrupunun təşkilatçılığı ilə vikipediyanın 25 illik yubileyinə həsr olunmuş “Viki şəhər” layihəsi çərçivəsində “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi keçirilib.
Dörd gün davam edən düşərgədə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan təcrübəli vikipediyaçılar iştirak ediblər.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin “Ailə və ev təhsili” ixtisası, TAE 25 A qrup tələbəsi Cəfərli Leyla da düşərgənin iştirakçısı olub.
Düşərgə çərçivəsində regional viki-icmaların təcrübəsi, təhsildə vikipediyanın tətbiqi, mənbələrlə iş və neytrallıq prinsipləri, eləcə də viki-layihələrdə süni intellekt və qadcetlərdən istifadə kimi aktual mövzularda təlim və təqdimatlar keçirilib. Editatonlar (yazı marafonları) zamanı Azərbaycan gəncləri, idmanı və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb və 4000-dən çox redaktə edilib.
Asudə vaxtın səmərəli təşkili məqsədilə iştirakçılar kanoe və avarçəkmə bazası ilə tanış olub, kanoelərdən praktiki istifadə imkanlarından yararlanıblar. Həmçinin iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” intellektual yarışları təşkil olunub.