Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 18 sentyabr - Milli Musiqi Günü qeyd edilib.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Kollecin direktoru Hicran Əyyubova tələbələri Milli Musiqi Günü ilə təbrik etmiş, Azərbaycan milli musiqisinin zənginliyindən, Azərbaycan professional musiqi sənətinin banisi dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətinin formalaşmasında əvəzsiz xidmətlərindən danışmış və qeyd etmişdir ki, milli musiqimizi sevmək, qorumaq, onu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Kollecin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Firuzə Fərmanlı çıxış edərək Üzeyir Hacıbəylinin irsinin bu gün də gənc nəslin estetik və mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Tədbirin sonunda dahi bəstəkarın həyat və yaradıcılığına həsr edilən “ Üzeyir ömrü” filmi nümayiş etdirilmişdir.