27 sentyabr-Anım Günü ərəfəsində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin rəhbər heyəti şəhid məzunlar Nicat Səmədov və Elgün Muradovun ailələrini ziyarət ediblər. Ziyarət zamanı şəhid məzunların əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib, onların Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlığın gələcək nəsillərə örnək olduğu vurğulanıb, ailələrinə diqqət və qayğı göstərilməsinin hər birimizin mənəvi borcu olduğu qeyd edilib. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.