6.10.2026-cı il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin İqtisadiyyat ixtisasları üzrə fənn müəllimi Arzu Hüseynova Mühasibat uçotu ixtisasının 045A qrup tələbələri ilə birlikdə 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində iştirak etmişdir. Sərgi zamanı tələbələr Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri, müasir texnologiyalar və iqtisadi inkişaf perspektivləri ilə tanış olmuşlar. Bu ziyarət tələbələrin nəzəri biliklərinin genişlənməsinə, praktiki dünyagörüşlərinin formalaşmasına və iqtisadi proseslərə maraqlarının artmasına töhfə vermişdir.