BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində kibertəhlükəsizlik sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə görüş təşkil olunub.
Görüşdə kibertəhlükəsizliyin müasir dövrdə aktuallığı, internetdən təhlükəsiz istifadə qaydaları, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə rast gəlinən risklər, fişinq hücumları, elektron dələduzluq və kiberhücumların qarşısının alınması yolları haqqında ətraflı məlumat verilib.
Çıxış zamanı tələbələrin rəqəmsal savadlılığının artırılmasının, internet resurslarından məsuliyyətli istifadənin və mümkün kibertəhlükələrə qarşı diqqətli olmağın vacibliyi vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.