24 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin rəhbər heyəti və müəllim kollektivi kollecin məzunu, qəhrəman şəhid Nicat Səmədovun ailəsini ziyarət ediblər. Nicatın valideynləri Şahin bəy və Pərvanə xanım onun uşaqlığından, keçdiyi döyüş yolundan , Vətənə olan sevgisindən bəhs ediblər. Sonra kollecin kollektivi Nicatın dəfn edildiyi Binəqədi Şəhidlər Xiyabanını ziyarət edərək onun əziz xatirəsini yad ediblər.Bundan başqa Kollecin digər şəhid məzunu Elgün Muradovun ailəsi də ziyarət olundu. Elgünə dərs demiş müəllimlər onun haqqında xoş xatirələrini bölüşərək, əziz ruhunu ehtiramla yad etdilər.Elgün daim qəlbimizdədir! Şəhidlər ölməz, Vətən bölünməz.