Bakı Dövlət Universitetinin nəzdində İqtisafiyyat və Humanitar Kollecində müəllimlər üçün “ Yeni dövrün müəllimi: Pedaqogikadan fasilitatorluğa” adlı seminar təşkil edilib. Seminarın əsas məqsədi müəllimləri müasir dövrün tədris tələblərinə uyğunlaşdırmaq, onlara innovativ pedaqoji yanaşmalar, interaktiv tədris metodları və tələbəyönümlü öyrənmə mühitinin qurulması ilə bağlı praktik biliklər qazandırmaqdır. Seminarda çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və Umea Universitetinin postdoktorantı Könül Kərimova iştirakçılara müasir pedaqoji trendlər, fasilitatorluğun əhəmiyyəti, layihəyönümlü dərs, effektiv ünsiyyət, tələbələrlə əməkdaşlıq modeli və innovativ təlim texnikaları barədə faydalı biliklər verdilər.