2 fevral 2026-cı il tarixində BDUİHK-də Gənclər günü qeyd edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ,Ulu Öndər Heydər Əliyev və şəhidlərin ruhunun yad edilməsilə başlanıb. Kollecin direktoru Hicran Əyyubova çıxış edərək prezident İlham Əliyevin diqqət və qayğısı ilə Dövlət gənclər siyasətinin yeni inkişaf mərhələsi yaşadığını, gənclərin sosial, siyasi, mədəni və iqtisadi cəhətdən inkişafı üçün yaradılan şəraitdən, qəbul edilən Dövlət proqramlarından danışaraq gənclərə bu imkanlardan istifadə etmək barədə öz tövsiyyələrini verib. Tədbirdə kollecin ictimai işlərində fəal olan tələbələr Təşəkkürnamə ilə təltif olunub.