04.02.2026-cı il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində dahi Azərbaycan alimi Lütfi Zadənin 105 illiyinə həsr edilmiş tədbir keçirilib. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi süni intelkekt, avtomatika və mühəndislik sahələrində geniş tətbiq olunan fundamental elmi istiqamətin əsasını qoymuşdur. Onun elmi fəaliyyəti dünya universitetlərində və tədqiqat mərkəzlərində uzun illərdir əsas istinad mənbələrindən biri hesab olunur. Tədbirdə təqdim edilən videoçarx, məlumatlar və səhnəcik böyük alimin həyat və fəaliyyətini əks etdirmiş, onun zəngin elmi irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.