13 fevral 2026-cı il tarixində BDU- nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasının nəticələrinə aid Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan kollecin direktoru Hicran Əyyubova kollektivə imtahan sessiyasında nəzarətçilik və yazı işlərinin yoxlanması prosesində fəal iştirak etdiklərinə görə təşəkkür etdi və Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış etdi. Tədris işləri üzrə direktor müavini Gülnar Kərimova payız imtahan sessiyasının yekunları barədə geniş və dolğun məlumat verdi, qarşıda duran vəzifələr haqqında danışdı. Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Kifayət Orucova da imtahanların obyektiv və şəffaf təşkili, yoxlama prosesinin operativ təşkili barədə məruzə etdi.Sonda kollecin direktoru Hicran Əyyubova Pedaqoji Şura iclasında deyilən məsələlərlə əlaqədar yekun nitq söylədi, 2025-2026-cı tədris ilinin yaz semestrində qarşıda duran vəzifələrdən söz açdı və həllini tapacaq cari məsələləri qeyd etdi.