Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Xocalı faciəsi reallığını əks etdirən film nümayiş etdirilib.Tədbirdə çıxış edən kollecin direktoru Hicran Əyyubova qeyd edərək bildirdi ki,bu gün sülh şəraitində yaşamalıyıq,eyni zamanda Xocalı faciəsini unutmamalı və unutdurmamalıyıq. Çıxışdan sonra tələbələrin faciə qurbanları ilə bağlı hazırladığı səhnələr izlənilib.