BDUİHK-də 31 Mart Soyqırım Gününə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı, tarix müəllimləri Tamilla Səttarova, Aynur Əkbərova və tələbələr iştirak ediblər. Tədbir Dövlat Himnimizin ifasi ila başlayıb.Daha sonra etnik nifrət va soyqırım qurbanı olmus həmvətənlərimizin aziz xatirəsi dərin hüznlə yad edildi. Soyqırım haqqında videoçarxın nümayişindən sonra tarix müəllimləri geniş məruzə ilə çıxış edərək soyqırımın baş vermə səbəbinin ermənilərin məkrli siyasətlərini həyata keçirmək və “ Böyük Ermənistan” qurmaq arzusu olduğu, yerli camaata qarşı törətdikləri vəhşiliklər haqqında danışdılar. Qeyd olundu ki, soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olmusdur. Sonda gənc nəslin tariximizi öyrənməsi baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.