Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kollecin tələbə və müəllim heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Hicran Əyyubova Novruz bayramının əhəmiyyətindən danışıb, tələbələri Novruz adət-ənənələrini qorumağa səsləyib və bahar bayramı ilə bağlı xoş diləklərini çatdırıb. Çıxışdan sonra kollecin heyətinin hazırladığı süjet maraqla izlənilib. Sonra tələbələr Novruzla bağlı hazırladığı maraqlı səhnələri nümayiş etdiriblər, ifalar və alqışlar səsləndiriblər. Daha sonra bayram əhval-ruhiyyəsi kollecin həyətində davam etdirilib, tonqal qurulub. Burda fənn birləşmələri komitələrinin hazırladığı Novruz süfrəsi qiymətləndirilib. Sonda tonqal qalanıb, tonqalın ətrafında rəqslər edilib, yallı gedilib.