DUİHK-də 2016-cı il , Aprel döyüşlərinin ildönümü münasibətilə”Aprel döyüşləri- böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , Ümummilli lider Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aprel döyüşləri haqqında videoçarx izləndikdən sonra Tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı və Tarix fənn müəllimi Aynur Orucova çıxış edərək Aprel döyüşlərinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğu və tam qalibiyyət üçün böyük zəmin yaratdığını qeyd ediblər. Tədbir tələbələrin ifasında ədəbi- bədii kompozisiya ilə davam edib.