13 aprel 2026-cı il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2026-2030-cu illəri əhatə edən Strateji Fəaliyyət Planının müzakirəsi baş tutub. Müzakirədə kollecin rəhbərliyi, metodistlər, fənn birləşmə sədrləri iştirak ediblər. Kollecin direktoru Hicran Əyyubova qeyd etdi ki, müasir dövrdə sürətli dəyişikliklər, texnoloji yeniliklər və artan rəqabət şəraiti daha çevik, daha məqsədyönlü və uzunmüddətli düşünməyi tələb edir. Hər bir müəssisə bu dəyişikliklərə uyğunlaşmaqla yanaşı, həm də onları qabaqlamağı bacarmalıdır. Strateji İnkişaf Planı məhz bu məqsədə xidmət edir-sabitliklə inkişafı, ənənə ilə yeniliyi və resurslarla nəticəni birləşdirir. Müzakirə zamanı Strateji Planın məqsədləri müəyyənləşdirilib.Əsas istiqamətlər idarəetmənin səmərəliliyinin yüksəldilməsi, müasir və keyfiyyətli təhsilin formalaşdırılması, maddi-texniki bazanın təkmilləşdirilməsi,insan resurslarının inkişafıdır. Müzakirə nəticəsində planın icrası ilə bağlı müəyyən tapşırıqlar müəyyənləşdirilmiş və növbəti iclasa qədər onların icrası aidiyyəti şöbə və bölmələrə tapşırılmışdır.