BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində təşkil olunan Professional Excel təlimi uğurla başa çatmış və iştirakçılar əldə etdikləri bilikləri imtahan vasitəsilə nümayiş etdirmişlər. Kollecin direktoru Hicran Əyyubova 32 saatlıq Professional Excel təlimini tədris etdiyinə görə ENOR group (TACS Audit and Consulting MMC) şirkətinin biznes analitiki Ruslan Məmmədova təşəkkür etmişdir. Təlim proqramı çərçivəsində iştirakçılara Microsoft Excel proqramının əsas və qabaqcıl funksiyaları, məlumatların emalı, cədvəllərin qurulması, formul və funksiyalardan istifadə kimi mövzular öyrədilmişdir.
Təlimin sonunda təşkil olunan imtahan mərhələsi iştirakçıların nəzəri və praktiki biliklərini qiymətləndirmək məqsədi daşımışdır. İmtahan zamanı real iş mühitinə uyğun tapşırıqlar təqdim olunmuş və iştirakçılar verilən problemləri Excel alətləri vasitəsilə həll etmişlər. Nəticələr göstərmişdir ki, iştirakçıların əksəriyyəti təlim müddətində qazandıqları bacarıqları uğurla tətbiq edə bilmişdir. Sonda qeyd etmək lazımdır ki, bu tip təşəbbüslər həm fərdi inkişaf, həm də ümumi peşəkar səviyyənin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.