logo
  • (+99412) 349 38 00

  • info@bdih-kollec.edu.az

  • Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

  • +7(900) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 7.00 - 17.00

  • +7(300) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 9.00 - 19.00

Kollec rəhbərliyi II Fəxri Xiyabanı ziyarət edib.


BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kolleci ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv Müqavilə imzalanıb.


Kollecinin əməkdaşları növbəti akademik nailiyyətə imza atıblar


2026/2027-ci tədris ilinin Pedaqoji Şurasının ilk iclası keçirililib


18 sentyabr - Milli Musiqi Günü qeyd edilib


15 Sentyabr – Bilik Günü qeyd olunur


Bizimlə əlaqə

(+99412) 349 38 00

info@bdih-kollec.edu.az

Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

15 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin təşəbbüsü ilə “Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir təşkil olunmuşdur. Həmçinin tədbirdə Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova və kollecin müəllim, tələbə heyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Hicran Əyyubova qonaqları salamladı, belə bir aktual mövzunun işıqlandırılması təşəbbüsünə görə Rizvan Nəbiyevə təşəkkür etdi.
Millət vəkili mövzu ilə bağlı ətraflı çıxış edərək qeyd etdi ki, dövlətimiz sülh yaratmağın Azərbaycan modelini dünyaya nümayiş etdirdi. Əsgərlərimizin səngərdə başlatdığı Vətənimizin işğaldan azad edilməsi missiyasını Prezidentimiz İlham Əliyev diplomatik-siyasi müstəvidə başa çatdırdı. Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında bildirmişdir ki, “Biz müharibəni udduq, sülhü qazandıq”. Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyi regionda sabitliyin təmin olunması, davamlı inkişafın qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, həm regional, həm də qlobal miqyasda bütün güc mərkəzləri tərəfindən diqqətlə izlənilir. Sülh gündəliyinin qayəsində yer alan mərkəzi faktorları millət vəkili qısaca olaraq belə səciyyələndirdi:
-Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri, resursları və nəqliyyat-infrastruktur layihələri vasitəsi ilə həyata keçirdiyi sabitləşdirici funksiya və rol;
-Şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni siyasi reallığa uyğun təklif edilən və geniş coğrafi məkanı əhatə edən çoxşaxəli əməkdaşlıq imkanları;
-İkitərəfli əsasda və çoxtərəfli platformalarda inkişaf etdirilən tərəfdaşlıqlarla yeni dünya düzəninə aparan proseslərdə mövqemizin gücləndirilməsi.
Sülh gündəliyinin əsas fəlsəfəsi ərazi bütövlüyünə hörmət, suverenlik prinsiplərinin qorunması, humanitar dəyərlərin üstün tutulması, qarşılıqlı əməkdaşlıq və dialoq prinsiplərinə əsaslanır. Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Bu isə ölkənin beynəlxalq arenada mövqeyini gücləndirir.
2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpası Ermənistanla aparılan sülh müqaviləsi üzrə danışıqlarda real nəticələrə yol açdı. Dayanıqlı sülhün və sabitliyin bərqərar olması, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da intesivləşdi. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtəsi oldu. Görüşlər zamanı cənab Prezident vurğuladı ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Artıq xalqımız sülh şəraitində yaşayır və bu, həm siyasi, həm də iqtisadi sahədə öz müsbət nəticələrini göstərir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində sülh və təhlükəsizlik əsas prioritetlərdən biri kimi qarşıda durur. Millət vəkili qeyd etdi ki, Azərbaycan sülhsevər dövlətdir və hər zaman ABŞ, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətini sülh və əməkdaşlıq şəraitində qurmağa cəhd etmişdir. Rizvan Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 11 mart 2026-da Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdükdən sonra yaydıqları Birgə mətbuat bəyanatında yer almış bəzi məsələlərə də toxundu. Mühüm bir məqam kimi Birgə bəyanatın 8-ci bəndində əksini tapmış Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsünə Azərbaycanla bağlı layihələrin daxil edilməsini qeyd edərək bildirdi ki, “Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.
Rizvan Nəbiyev həmçinin qeyd etdi ki, sülh gündəliyinin yaradacağı perspektivlər olduqca ümidvericidir. Bu perspektivlərə ölkənin regional iqtisadi mərkəzə çevrilməsi, nəqliyyat logistika imkanlarının genişlənməsi və beynəlxalq əməkdaşlığın dərinləşməsini misal göstərmək olar.
Tədbirdə iştirak edən, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev öz çıxışında qeyd etdi ki, Azərbaycanın sülh gündəliyi təkcə münaqişənin bitməsinə deyil, həm də regionda yeni əməkdaşlıq mühitinin qurulmasına yönəlib. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də humanitar aspektləri əhatə edir və Cənubi Qafqazın gələcək inkişafında mühüm rol oynayır. Abbas Əliyev həmçinin qeyd etdi ki, sülhə gedən yol isə ilk növbədə qarşılıqlı etimadın formalaşdırılmasından keçir. Bu baxımdan Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsi vacibdir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi regionda davamlı sülhün bərqərar olunmasına mühüm töhfə verə bilər. Bu addım qarşılıqlı etimadın güclənməsinə, münasibətlərin normallaşmasına və sülh müqaviləsinin imzalanmasına real zəminyaradır. Azərbaycan hər zaman sülh tərəfdarı olub və bu gün də bu mövqeyinə sadiqdir. Regionda dayanıqlı inkişaf, iqtisadi əməkdaşlıq və təhlükəsizlik yalnız sülh şəraitində mümkündür. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasətinin regionda yeni geosiyasi reallıqlar formalaşdırdığını vurğulayıb. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər artıq öz əzəli torpaqlarında təhlükəsiz və sülh şəraitində yaşayırlar ki, bu da dövlətin məqsədyönlü siyasətinin mühüm nəticəsidir. Gülnar Rəhimova çıxışında həmçinin Qərbi Azərbaycana qayıdış məsələsinə toxunaraq, tarixi ədalətin bərpasının vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, o, gənclərin bu proseslərdə rolunu xüsusi vurğulayaraq bildirib ki, milli dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və sülh ideyalarının gələcək nəsillərə ötürülməsində gənclərin fəallığı mühüm əhəmiyyət kəsb edir. Tədbirin sonunda millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyev tələbələrin mövzu ilə bağlı suallarını cavablandırdı.
“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib